Qafqaz Universitetində beynəlxalq tələbə konfransı keçiriləcək
Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı bölümü “İngilis
dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı II Beynəlxalq tələbə
konfransı təşkil edir.
Universitetin mətbuat xidmətindən Gün.Az-a verilən
məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr olunmuş tədbir aprelin 27-də keçiriləcək.
Konfransın aparıcı dili ingilis dilidir. Konfransın məqsədi tələbələri elmi fəaliyyətə təşviq etmək, araşdırmaq istədikləri elmi-tədqiqat işlərinə təkan vermək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini vurğulamaqdır.
Mövzu ilə bağlı ingilis dili və ədəbiyyatı sahəsində yeni işləri üzə çıxarmaq, daha da inkişaf etdirmək də konfransın əsas məqsədlərindəndir.
Konfransın sessiyaları 3 əsas başlıq altındadır: Dilçilik məsələləri, Ədəbiyyat və Təhsil.
İştirak üçün yazıları fevralın 20-dək “languageandliterature@qu.edu.az” ünvanına göndərmək olar.
Rüfət Əhmədzadə
Gün.Az
http://gun.az/nesil/29259.print