“Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin qalibləri mükafatlandırıldı
Fevralın 17-də Azərbaycan Akademik Dövlət Milli Dram Teatrında
Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlərmələri
şirkətinin birgə təşəbbüsü ilə 21 fevral -Beynəlxalq Ana Dili Gününə
həsr edilən “Dilimiz varlığımızdır” adlı “Ana dilimizi sevək, sevdirək”
müsabiqəsinin IX ənənəvi respublika müsabiqəsinin yekun mərhələsi və
qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Azərbaycan
Respublikasının Dövlət Himninin oxunması ilə başlayan tədbirdə Təşkilat
Komitəsinin Sədri, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin
rəisi Arif Gömleksiz çıxış edərək qeyd etdi ki, kainatda mövcud olan
qanunların cəmiyyətdə də özünü göstərməsi, işləməsi məlum
həqiqətlərdəndir. Bu qanunlardan biri də xalqın öz varlığını qoruyub
saxlamasında dilin rolundan ibarətdir. Dil yaşayırsa, deməli, xalq da
yaşayır, dövlət də yaşayır. Dil yoxdursa, xalq da, millət də yoxdur.
Məhz buna görədir ki, Azərbaycanın dövlət müstəqilliyimizin bərpasından
keçən 20 il ərzində Ümummilli Liderimiz Heydər Əliyev və Prezidentimiz
İlham Əliyev tərəfindən dilimizin qorunub saxlanması, onun dövlət
səviyyəsinə yüksəldilməsi, gələcək nəsillərə əmanət olaraq verilməsi
üçün mühüm addımlar atılmışdır. Daha sonra natiq, dövlətin bu qədər
əhəmiyyət verdiyi bir məsələnin həyata keçirilməsinin ilk növbədə
müəllimlər, təhsil işçiləri qarşısında məsul vəzifələr qoyduğunu nəzərə
çatdırdı. Bu müqəddəs vəzifəni vətənimizə, dilimizə sevgini biz
aşılamalı, biz öyrətməliyik deyən A. Gömleksiz bu gün artıq doqquzuncu
dəfə toplandığımız, təntənəli şəkildə keçirdiyimiz bu gecənin də məhz bu
müqəddəs vəzifənin yerinə yetirilməsinə xidmət etdiyini dedi. Əgər bu
tədbirlər şagirdlərimizdə, Azərbaycanın gələcək qurucularında vətənə,
torpağa, dilə, dövlətə sevgi, hissi aşılamağa xidmət etmişdirsə, o zaman
biz də öhdəmizə düşən vəzifəni yerinə yetirmişik, deməkdir.
Çıxışına davam edən ATÖL Baş İdarə rəisi daha sonra qeyd etdi ki,
müsabiqə hər bu il də beş nominasiya üzrə dörd mərhələdə keçirilmişdir.
Azərbaycan dilinin qrammatikası, inşa yazı, internet saytı hazırlanması,
şeir ifaçılığı və mahnı ifaçılığı nominasiyalarından ibarətdir: Bu gün
müsabiqədə iştirak edən məktəblilər bir qayda olaraq “Çağ” Öyrətimin
açdığı Azərbaycan-Türkiyə Özəl liseylərinin fəaliyyət göstərdiyi
ərazilərdəki məktəblərdir. Natiq çıxışını başa çatdırarkən bu yarışda
bütün iştirakçılara uğurlar arzuladı. Mərasimdə iştirak edən Azərbaycan
Respublikası Təhsil Nazirinin müavini Qulu Novruzov çıxış edərək
tədbirin əhəmiyyətindən danışdı. Qulu Novruzov bildirdi ki, ana dili ilə
əlaqədar tədris müəssisələrində çoxsaylı müsabiqələr, yarışlar,
olimpiadalar və ş. tədbirlər keçirilir. “Ana dilimizi sevək, sevdirək”
müsabiqəsi ana dilimizi təbliği baxımından ən önəmlisidir. Ümummilli
Liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin ana dilimizə olan diqqət və
qayğısı sayəsində Azərbaycan dilimiz dünya dilləri içərisində tanınan
dillərdən birinə çevrilib. Dünyanın ən inkişaf etmiş ölkələrində bu dili
tanıyırlar hörmətlə yanaşırlar. Belə bir möhtəşəm, əhəmiyyətli tədbiri
təşkil edənlərə təmsil etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi
xarici ölkədə səfərdə olan Təhsil Naziri adından təşəkkürünü bildirdi.
Müsabiqədə mahnı kateqoriyasında Ağdaş rayon Tofiqi kənd orta məktəbin
şagirdi İsmayıl İsgəndərov I,Bakı şəhəri İncəsənət Gimnaziyasının
şagirdi Əli Əliyev II, Gəncə Şəhəri musiqi məktəbinin şagirdi Zeynəb
Abdullayev III, İnşa kateqoriyasında Şəki şəhəri 18 saylı orta məktəbin
şagirdi Şəlalə Salamova I, Qusar şəhəri B.Ağayev adına 1 saylı orta
məktəbin şagirdi Əminə Cəfərova II, Mingəçevir şəhəri 3 saylı orta
məktəbin şagirdi Kəmalə Mustafayeva III, şeir kateqoriyasında Gəncə
şəhəri 39 saylı orta məktəbin şagirdi Tünzalə Allahverdiyeva I, Sumqayıt
şəhəri 23 saylı orta məktəbin şagirdi İlham Quliyev II, Mingəçevir
şəhəri 1 saylı orta məktəbin şagirdi Nigar Bayramova III,
qrammatikakateqoriyasında Gəncə şəhəri 22 saylı orta məktəbin şagirdi
Mirhəsən Məcidli I, Mingəçevir şəhəri Şəhər liseyinin şagirdi Sumayə
Məmmədova II, Bakı Özəl Türk Liseyinin şagirdi İlham Zülfüqarlı III,
internet səhifəsi hazırla- mak kateqoriyasında Dədə Qorqud Özəl Türk
Liseyinin şagirdi Yaqub Şükürov I, Mingəçevir Özəl Türk Liseyinin
şagirdi Elmi Əhmədov II, “QAfqaz” Azərbaycan -Türkiyə Özəl
Gimnaziyasının şagirdi Turac Abbaszadə III yerlərə layiq görülüblər.
Qaliblər müsabiqə təşkilat komitəsi tərəfindən xüsusi sertifikatlarla,
medallarla və hədiyyələrlə mükafatlandırılıblar. Belə ki, I yeri
tutanlara 350, II yeri tutanlara 250 və III yeri tutanlara 200 manat
verilib. Yarış qaliblərinə mükafatlarını təqdim edən Türkiyə
Cümhuriyyətinin ölkəmizdəki səfirliyinin müşaviri Rza Kaan Yılmaz
çıxışında bu tədbirdən məmnun olduğunu vurğulayaraq, “Çağ” Öyrətim
İşlətmələrinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür
edib. Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayev
də çıxışında bu tədbirdən məmnun olduğunu deyərək , “Çağ” Öyrətim
İşlətmələrinə və Azərbaycan Respublikası Təhsil Nazirliyinə təşəkkür
etdi. “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren
çıxışında “Dil xalqın varlığının təzahürü, qan yaddaşıdır” deyərək 4 min
illik tarixi olan dilimizi, Türkiyə-Azərbaycan qardaşlığını, ortaq
musiqisini, duyğularını yaşadanlara Ümummilli Liderimiz Heydər Əliyevə,
onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə Bəxtiyar Vahabzadə kimi Ana dilini sevərək yaşadanlara
təşəkkürlərini bildirdi. Müsabiqədə qalib olanlar Türkiyədə keçiriləcək
beynəlxalq Türk dili olimpiadasında Azərbaycanı təmsil edəcəklər.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/478-anadilimiz-umumigene2012.html