“Ana dilimizi sevək, sevdirək” mövzusunda IX respublika müsabiqəsinin yekun tədbiri keçirilmişdir


Bakı, 17 fevral (AzərTAc). Fevralın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Ana dilimizi sevək, sevdirək” mövzusunda IX respublika müsabiqəsinin yekun tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, təhsil işçiləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Azərbaycan–Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi böyük diqqət və qayğıdan danışmışdır.
Ana dilinin müqəddəsliyindən bəhs edən A.Gömləksiz dahi şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasında, inkişafında və onun dövlət dili səviyyəsinə yüksəlməsində tarixi xidmətlərini vurğulamışdır.
Sonra müsabiqə barədə məlumat verilmişdir. Bildirilmişdir ki, “Dilimiz varlığımızdır” devizi altında keçirilmiş və ümumilikdə 4 mərhələdən ibarət olan müsabiqədə respublikanın şəhər və rayonlarının orta məktəblərinin şagirdləri 5 nominasiya (Azərbaycan dilinin qramatikası, inşa yazı, internet saytı, şeir ifaçılığı, mahnı ifaçılığı) üzrə yarışmışlar.
Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilmiş və mükafatlandırılmışlar. 

 http://www.azertag.com/node/918602

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF