Qafqaz Universitetində hazırlıq kursları üçün qeydiyyat başlamışdır
Bakı, 13 fevral (AzərTAc). Qafqaz Universitetində Toefl, IELTS və
ümumi ingilis dili hazırlıq kurslarında iştirak etmək üçün qeydiyyat
başlamışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, əsasən akademik karyerasını xarici ölkələrdə davam etdirmək istəyənlər üçün nəzərdə tutulmuş kurslar bu ali təhsil ocağının daimi inkişaf mərkəzi tərəfindən təşkil edilir. Kurslar 3 ay davam edəcəkdir.
Kurslarda mütəmadi olaraq iştirak etmiş və müvəffəqiyyət qazanmış tələbələrə Qafqaz Universiteti tərəfindən sertifikat veriləcəkdir.
Ətraflı məlumatlar www.qu.edu.az internet səhifəsində yerləşdirilmişdir.