17 fevral 2012-ci il tarixdə ADİU-nin nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda Qafqaz Universitetinin əməkdaşlarından ibarət qrupla görüş keçirilmişdir
17
fevral 2012-ci il tarixində ADİU-nun nəzdində fəaliyyət göstərən
İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda Qafqaz Universitetinin
əməkdaşlarından ibarət qrupla görüş keçirilmişdir. Görüşdə ADİU İA ETİ
ilə Qafqaz Universiteti və xüsusilə bu universitetdə yaradılmış
Sosial-İqtisadi Araşdırmalar Mərkəzi ilə elmi-tədqiqat işləri sahəsində
əməkdaşlıq imkanları və əməkdaşlığın mümkün istiqamətləri ətrafında çox
faydalı fikir mübadiləsi aparılmışdır. Tərəflər məsələ ilə əlaqədar
konkret təkliflərin hazırlanması və yaxın müddətdə bu təkliflərin
müzakirəsi üçün yenidən görüşmək barədə razılığa gəliblər.
Görüşdə ADİU
İA ETİ tərəfindən institutun direktoru prof. R.Həsənov, elmi katib
R.Rzayev, şöbə rəisləri dos. A.Həsənov, dos. M.Bağırzadə, i.e.n.
R.Hüseynov, dos. N.Hacıyev, prof. F.Rəhmanov və ADİU Beynəlxalq Əlaqələr
şöbəsinin müdiri Elçin Rəşidov, Qafqaz Universitetindən isə rektor
yardımçısı, Türkiyə Tanıtım Sorunlusu Uğur Arif Bölək, "Maliyyə"
kafedrasının müdiri, dos. Mayis Əzizov, Dünya iqtisadiyyatı kafedrasının
müdiri, dos. Altay İsmayılov, "Menecment" kafedrasının müdiri, dos.
Firudin Sultanov, Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin direktoru
Sannur Əliyev və "Maliyyə" kafedrasının müəllimi, “Journal of Qafqaz
University” jurnalının redaktoru Elçin Süleymanov iştirak etmişlər.