Fevralın 24-də tarixində Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyində
Xocalı faciəsinin 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirə
Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) fəlsəfə kafedrasının
müəllimləri Piri Axundov, Anar Həsənov və İnformasiya texnologiyaları və
beynəlxalq əlaqələr mərkəzinin əməkdaşı Etibar Verdiyev iştirak
ediblər. Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir
dəqiqəlik sükutla yad ediblər. Tədbirdə ADAU-nun müəllimləri Piri
Axundov “Xocalı soyqırımı”, Etibar Verdiyev “Qarabağ bölgəsində tarix və
mədəniyyət abidələrinə qarşı erməni vandalizmi”, Anar Həsənov
“Torpaqların işğalı zamanı dəymiş iqtisadi ziyan” mövzularında
iştirakçılara ətraflı məlumat veriblər. Sonra Azərbaycan və ingilis
dillərində Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş olunub.
Tədbirin sonunda liseyin müdir müavini Oğuz Burkaz xalqımızın başına
gətirilən bu qanlı faciə haqqında ətraflı və izahlı məlumat verdiklərinə
görə qonaqlara rəhbərlik adından dərin minnətdarlığını bildirib.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/494-liseyd-xocal-soyqrmna-hsr-olunmus-tdbir-kecirilib.html