Qafqaz Universitetinin rektoru Bəxtiyar Vahabzadədən danışıb

 Qafqaz Universitetinin rektoru Bəxtiyar Vahabzadədən danışıb

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi keçirilib. Anım mərasimi Şəki Şəhər İcra Hakimiyyəti və Qafqaz Universitetinin təşəbbüsü ilə baş tutub.

Qafqaz Universitetinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, Şəki şəhər musiqi kollecinin akt zalında təşkil olunmuş “Şəkidən dünyaya” adlı tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova, İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Firon Əliyev, İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabə xanım İsmayılova, Şəki ziyalıları, müvafiq təşkilat və müəssisə rəhbərləri iştirak ediblər.
Proqram böyük şairin xatirəsini bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanıb.

Tədbirdə iştirak edən Millət vəkili Cavanşir Feyziyev B. Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat verib. Böyük şairin fəlsəfi dünyagörüşünün gənclər tərəfindən mənimsənilməsini zəruriliyini qeyd edib.
Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniç şairlə olan yaxın dostluğundan, şairin vəfatı anında yanında olmasından, türk dünyasının problemlərini ölüm anında belə unutmamasından danışıb.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde