ENGİN LTD şirkətində Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzi tərəfindən verilən təlimlər davam edir

Azərbaycanda müxtəlif məişət və gigiyenik məhsulların marketinqini həyata keçirən ENGİN LTD şirkətində, Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzi tərəfindən verilən təlimlərin ilkin mərhələsi uğurla başa çatmışdır. Birinci mərhələdə Dos. Altay İsmayılov və Dos. Mayıs Əzizovun təqdim etdiyi “Biznes etikası və şirkət mədəniyyəti” adlı seminarda 29 nəfər iştiak etmişdir. İkinci mərhələdə isə, Dos. Təyyar Mustafayev tərəfindən şirkətin satış işlərini həyata keçirən mütəxəssislərə “Biznes etikası və şirkət mədəniyyəti” seminarın verilməsi nəzərdə tutulmuşdur.  Ümumilikdə Engin LTD şirkətinin 70 əməkdaşının təlimlərdə iştirakı nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Davamlı İnkişaf Mərkəzimiz tərəfindən Neoklass, İntertrans, Embawood, Aksesuar İnşaat, Grand Motors və Refarma şirkətlərində təlimlərin verilməsi planlaşdırılır.
Vüsal Rzayev
http://qu.edu.az/view_news.php?news=1792&link=286&lang=az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde