Qafqaz Universitetinin Karataş LTD şirkətində seminarları başa çatmışdır
Bakı, 14 fevral (AzərTAc). Qafqaz Universiteti Daimi İnkişaf
Mərkəzinin Azərbaycan sənaye bazarında Mr.Fix brendi ilə tanınan Karataş
LTD şirkətində keçirdiyi seminarlar başa çatmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, “İç müştəri məmnuniyyəti və şirkət daxili münasibətlər”, “Şirkət mədəniyyəti və iş etikası”, “Mükəmməl müştəri məmnuniyyəti” və “İşin planlaşdırılması və tətbiqi” mövzularında təşkil olunan seminarlarda şirkətin 70 əməkdaşı iştirak etmişdir.
Seminarlarda fəal iştirak edən şirkət nümayəndələrinə sertifikatlar verilmişdir.