CONTACT.AZ:“Qafqaz” universiteti QS World University Rankings versiyasına görə dünya üniversitetləri yüzlüyünə daxil oldu
www.topuniversities.com portalında yer alan məlumata görə (“Şərqi
Avropa və Mərkəzi Asiya” sütunu) “Qafqaz” universiteti xarici
tələbələrin cəlb olunması səviyyəsinə görə dünya ali məktəblərinin ilk
yüzlüyünə (64-cü yer) daxil olub.
Universitet həmçinin tədris prosesinə beynəlxalq elmi “epoletləri” olan
alimlərin cəlb edilməsi səviyyəsinə görə də beynəlmiləldir.
“Qafqaz” universiteti Azərbaycan ərazisində qabaqcıl özəl ali
məktəbdir, təhsil metodikasına görə hətta Bakı Dövlət Universitetini və
“Xəzər” universitetini də üstələyir. Bu ali məktəblər reytinqə daxil
olmayıblar, amma gələcəyin ambisiyalı ali məktəbləri sırasında adları
hallanır.
“Gələcəyə investisiya” bölümündə Azərbaycan ali məktəblərinin adı
yoxdur, əvəzində başqa neft ölkəsinin – Qazaxıstanın bir neçə
universitetinin adı var.
QS World University Rankings agentliyi dünyada ali məktəblərin
nailiyyətlərinin qabaqcıl icmalçılarındandır. Ən yaxşı ali məktəblər
onun xidmətlərindən istifadə edir.

