ABŞ Dövlət Departamentinin “Ali təhsil və gələcək karyera planlaması” proqramı başa çatmışdır

Bakı, 27 fevral (AzərTAc). ABŞ Dövlət Departamentinin təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması proqramı” başa çatmışdır.
Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, proqram yanvarın 28-dən fevralın 18-dək Vaşinqton, Portland, Los-Anceles, Hantsvil, Nyu-York və digər şəhərlərinin aparıcı ali təhsil müəssisələrində həyata keçirilmişdir.
“Ali təhsil və gələcək karyera planlaması proqramı”nda ölkəmizi Qafqaz Universiteti karyera planlama mərkəzinin müdiri İsa Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi Fuad Əliyev, Xəzər Universitetinin nümayəndəsi İsgəndər Ağayev və Odlar Yurdu Universitetinin nümayəndəsi Səbinə Əliyeva təmsil etmişlər.
Proqramın məqsədi ABŞ-ın ali təhsil sistemi haqda hərtərəfli anlayış yaratmaq və bu ölkənin kollec və universitet strukturlarının inzibati, təhsillə bağlı, təcrübəli məsləhətçilərlə görüşlər, akademik təhsil, karyera, maliyyə yardımı, doktorantura, xaricdə təhsillə və başqa məsələlərlə bağlı təcrübələr əldə etmək idi.
Proqram əsasında ABŞ-ın ali təhsil sistemi və universitet-sənaye əlaqələri, eləcə də təhsilin inkişafında ictimaiyyətin rolu və karyera planlama fəaliyyətləri ilə bağlı 30-dan çox seminar-görüşlər keçirilmişdir.
Proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovla görüşmüşlər. Görüşdə ABŞ - Azərbaycan əlaqələrinin inkişafı, iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni sahələrdəki əməkdaşlıq yüksək qiymətləndirilmişdir.
Vaşinqtonda Türk Amerikan Alyansının prezidenti Dr.Faruk Taban və onun rəhbərlik etdiyi kollektivlə görüş də təşkil edilmişdir. Həmçinin nümayəndə heyəti Los-Anceles Birləşmiş Məktəb Dairəsi – Banning (Phineas Banning High School) orta məktəbinin 12-ci sinfində “Beynəlxalq biznes təcrübəsi firması” mövzusunda keçirilən dərsi müşahidə etmişlər. Proqram iştirakçıları şagirdlərə ölkəmiz haqqında ətraflı məlumat vermiş, Azərbaycanın bayrağı və digər hədiyyələri təqdim etmişlər.
Azərbaycan nümayəndə heyəti Alabama ştatının aparıcı ali təhsil müəssisələrindən olan Oakvood Universitetinin, Alabama Universitetinin Hantsvil filialının, Calhoun Kollecinin, eləcə də “Jacobs Engineering” və “Science and Technology Services” şirkətlərinin və Alabama Kollecləri Məsləhətvermə Assosiasiyasının laboratoriya və texnopark imkanları ilə tanış olmuş, bu müəssisələrdə sənaye ilə əlaqələrin təşkili üzrə müşahidələr aparmışlar.
Müşahidələr əsasən, tədrisin praktikaya uyğun təşkil olunmasında sənayenin prinsipləri üzrə qurulmuş texnoparkların fəaliyyəti aspektində baş tutmuşdur. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF