Qafqaz Universitetinin əməkdaşı ABŞ Dövlət Departamentinin sertifikatına layiq görülmüşdür
Bakı, 20 fevral (AzərTAc). ABŞ Dövlət Departamentinin “Beynəlxalq
qonaqlar layihəsi” çərçivəsində təşkil etdiyi “Ali təhsil və gələcək
karyera planlaması proqramı”nın iştirakçısı Qafqaz Universiteti karyera
planlama mərkəzinin müdiri İsa Qasımov Departamentin sertifikatına layiq
görülmüşdür.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, yanvarın 28-dən fevralın 18-dək ABŞ-n Vaşinqton, Portland, Los-Anceles, Hantsvil və Nyu-York şəhərlərinin aparıcı ali təhsil müəssisələrində həyata keçirilən “Ali təhsil və gələcək karyera planlaması” proqramı Meridian Beynəlxalq Mərkəzi tərəfindən icra edilmişdir.
http://azertag.com/node/919172