Qafqaz Universiteti ABŞ və yerli ali məktəblərlə əməkdaşlıq edir
Qafqaz Universiteti ilə ABŞ-ın Georgia
ştatında yerləşən Cənub Politexnik Dövlət Universiteti (SPSU) arasında
əməkdaşlıq memorandumu imzalanıb.Bu barədə Qafqaz Universitetindən
bildirilib.
http://xezerxeber.com/XeberOxu.aspx?id=6431
Memoranduma əsasən, iki universitet
arasında birgə tədris və elmi tədqiqat işlərinin aparılması, ikili
diplom proqramlarının və layihələrin həyata keçirilməsi planlaşdırılır.
Universitetdən həmçinin bildiriblər ki,
Qafqaz Universiteti Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar
Universiteti ilə də əməkdaşlıq memorandumu imzalayıb. Memoranduma
əsasən bir sıra müştərək layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Qafqaz Universitetinin rektoru Əhməd
Saniç imzalama mərasimində bildirib ki, memorandum üzrə əməkdaşlığın
ilkin mərhələsinə bu ilin aprelində strat veriləcək. "Bizim elmi
işlərimiz, tələbə mübadiləmiz, universitetlər arasında aparılacaq hər
cür əməkdaşlıq haqqında maddələr bu sənəddə var. Bununla da Bakı ilə
Gəncə arasında yeni elmi körpü qurulacaq. Bakı və Gəncədəki elmi
informasiyalar birləşmiş olacaq, nəticədə daha böyük uğurlar əldə edə
biləcəklər", - o deyib.
Gəncə Dövlət Universitetinin rektoru
Elman Məmmədov müqavilə barədə danışarkən deyib ki, sənədə əsasən
universitetlər arasında ən yüksək səviyyədə əməkdaşlıq ediləcək, elmi
yeniliklərin və təcrübələrin mübadiləsi aparılacaq.
Memorandum əsasında universitetlər
arasında ortaq konfranslar təşkil olunacaq, nəticədə bu əməkdaşlıqdan
bütün universitetlər faydalanacaq.