"Neft gəlirləri və Azərbaycan İqtisadiyyatı"adlı panel təşkil olundu

25 February, 2012
Dünən Qafqaz Universiteti Dünya İqtisadiyyatı kafedrasının müdiri, tərbiyə işləri üzrə dekan müavini Dos. Altay İsmayılov və İqtisadi-Sosial İnkişaf Mərkəzinin (İSİM) direktoru Dr. Vüqar Bayramov Qafqaz Universitetində"Neft gəlirləri və Azərbaycan İqtisadiyyatı" adlı seminarda məruzə ilə çıxış etdilər.
Qafqaz Universiteti Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin müdiri Sənnur Əliyev seminarda açılış nitqini söylədikdən sonra İqtisadi-Sosial İnkişaf Mərkəzinin (İSİM) direktoru Dr. Vüqar Bayramovu məruzə ilə çıxış etməsi üçün kürsüyə dəvət etdi. Dr. Vüqar Bayramov çıxışında qeyd etdi ki, əvvəllər Azərbaycan iqtisadiyyatının neft ilə əlaqəsi yanı neftdən olan asılılığı daha çox idi amma bu asılılıq get gedə azalmağa başlayıb. Vüqar müəllim xüsusilə qeyd etdi ki, əgər iqtisadi resurs qısa müddətli maraqların ödənilməsi üçün istifadə edilirsə, o zaman resursun yaratdığı fayda tezliklə itə bilər. Məhz bu səbəbdən də resurs  uzun müddətli istifadə maraqları qarşılamaq  üçün məntiqli və ağıllı şəkildə istifadə edildiyi zaman, neftə sahib olmaq çox böyük faydalar gətirə bilər. Bu gün dünya bazarında neftin qiyməti günü gündən artır.
Brent markalı neftin qiyməti artdıqca Azərbaycan neftinin də qiyməti artır. Dünya bazarında neftin qiymətinin artması Azərbaycanda bütün hallarda neft gəlirlərinin artmasına səbəb olur. Nəzərə alsaq ki, Azərbaycan ildə bir milyon barel neft ixrac edir və satılan neftin 80 % gəliri Azərbaycan hökumətinə çatır, bu, o deməkdir ki, Azərbaycanın neft gəlirləri böyük həcmdə artır. Hətta neftin barelinin 1 dollar artması belə 800 min dollar gəlir deməkdir. Çünki neftin qiymətinin artması dünya bazarında digər malların da qiymətinin artmasını şərtləndirir. Azərbaycana ixrac edilən malların qiymətinin artmasına səbəb olur. Bu da öz növbəsində inflyasiyanın artmasına gətirib çıxarır.
Daha sonra kürsüyə çıxış etməsi üçün Qafqaz Universiteti Dünya İqtisadiyyatı kafedrasının müdiri, Dos. Altay İsmayılov dəvət olundu.  Altay müəllim də neft gəlirlərində əldə edilən pullardan və onların xərclənmə siyasətində danışdı. Seminarın sonunda Qafqaz Universitetinin prorektoru Dos. Dr. Cihan Bulut qonağa hədiyyələr təqdim etdi və xatirə şəkli çəkildi.
Xəbəri hazırladı Qafqaz Universiteti Sosial İqtisadi Tədqiqatlar Mərkəzi
http://serc.qu.edu.az/view_news.php?news=1886&link=&lang=az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF