Azərbaycan ədəbiyyatının, bütövlükdə XX
əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar
Vahabzadənin vəfatının ildönümü ilə bağlı Şəki şəhərində anım mərasimi
keçirilib. Anım mərasimi Şəki Şəhər İcra Hakimiyyəti və Qafqaz
Universitetinin təşəbbüsü ilə baş tutub.
Şəki şəhər musiqi kollecinin akt zalında təşkil olunmuş
“Şəkidən dünyaya” adlı tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin
başçısının birinci müavini Həsən Həsənov, İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova, İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Firon Əliyev, İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabə xanım İsmayılova, Şəki ziyalıları, müvafiq təşkilat və müəssisə rəhbərləri iştirak edib.
Proqram böyük şairin xatirəsini bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlandı.
Tədbirdə iştirak edən Millət vəkili Cavanşir Feyziyev B.
Vahabzadənin həyat və yaradıcılığı, fəaliyyəti barədə mərasim
iştirakçılarına məlumat verib. Böyük şairin fəlsəfi dünyagörüşünün
gənclər tərəfindən mənimsənilməsini zəruriliyini qeyd etdi.
Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniç şairlə olan yaxın
dostluğundan, şairin vəfatı anında yanında olmasından, türk dünyasının
problemlərini ölüm anında belə unutmamasından danışdı.
Proqramın bədii hissəsində Sərdar Şərifovun rəhbərlik etdiyi musiqi
kollecinin və Qafqaz Universiteti tələbələrinin ifasında şairinin
seirləri oxunub, seirlərinə bəstələnən mahnılar səslənib.
Tədbirin sonunda unudulmaz Şairə həsr olunmuş qısa metrajlı film nümayiş olunmuşdur.
0 yorum:
Yorum Gönder