Bakı Özəl Türk Liseyində Xocalı Soyqırımı ilə bağlı konfrans keçirilib
Fevralın 21-də Bakı Özəl Türk Liseyində Xocalı Soyqırımı ilə əlaqədar
olaraq konfrans keçirilib. Konfransda iştirak edən Azərbaycan
Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti
Respublika Şurasının (KHVTİC) sədri, general-mayor Novruzəli Orucov
çıxış edərək ermənilərin Sovet ordusunun köməyi ilə törətdikləri Xocalı
soyqrımı barədə ətraflı məlumat verərək bildirib ki, 1992-ci il fevralın
25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin
Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi
ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edərək, bir gecənin
içərisində qədim Xocalını yerlə yeksan ediblər. Şəhəri tərk etməyə
məcbur olan əhali dağlara, meşələrə qaçmaq istəsələr də hər tərəfə
yayılmış silahlı ermənilər dinc əhalini güllələyərək, onlara amansız
divan tutublar. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər
qız-gəlin əsir düşüb, girov götürülüb və şaxtadan məhv olub.
General-mayor Novruzəli Orucov konfrans iştirakçılarını Xocalı
Soygırımını heç vaxt unutmamağı tövsiyyə edib.
Konfransda “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin Sədr Müavini
Tuncay Aktepe, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsi rəisinin
müavini Ayhan Sipahi, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin müşaviri
Ağarəsul Məmmədov və Bakı Özəl Türk Liseyinin müdiri Hayrettin Ünver
eləcə də liseyin müəllim və şagirdləri iştirak ediblər.Tədbirin sonunda Ayhan Sipahi General-mayor Novruzəli Orucovo xatirə hədiyyəsi təqdim edib.