Sumqayıt Özəl Türk Liseyində Xocalı soyqırımı şəhidlərinin anım mərasimi keçirilib



Fevralın 24-də Sumqayıt Özəl Türk Liseyində Xocalı soyqırımı şəhidlərinin anım mərasimi keçirilib.Tədbir iştirakçıları əvvəlcə, Xocalı soyqırımı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalı soyqırımı faciəsindən bəhs edən qısa metrajlı sənədli film nümayiş etdirilib.
Daha sonra liseyin şagirdləri şəhidlərə həsr olunmuş seirlər söyləmiş və o günün dəhşətini əks etdirən mahnılar oxumuşlar.
 Tədbirdə liseyin tarix müəllimi Vaqif Yusifov çıxış edərək bildirib ki,  Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş hadisələrindən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməkliyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edərək dinc əliyalın insanlara qarşı amansız divan tutmuşlar. Bir gecənin içərisində qədim Xocalını yerlə yeksan etmişlər.
Beləliklə, soyuq, qarlı fevral gecəsində cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər… Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/497-liseyd-xocalnn-soyqrm-shidlrinin-anm-mrasimi-kecirilib.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF