Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır
Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır Xalqımızın unudulmaz və əbədiyaşar şairi, müasir Azərbaycan poeziyasının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar şairin anadan olduğu Şəki şəhərində xatirə tədbiri keçirilmişdir. Şəhər İcra Hakimiyyəti və “Qafqaz” Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Şəkidən dünyaya - Bu dünyadan bir Bəxtiyar keçdi” adlı tədbirdə ziyalılar, poeziya həvəskarları, ictimaiyyət nümayəndələri, habelə qonaqlar iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə Şəki Musiqi Kollecinin foyesində “Poeziyamızın Bəxtiyarı” adlı sərgi ilə tanış olmuşlar.


