İstehsalatı idarə edəcək gənc kadrların hazırlanması “Azərikimya” İB-in kadr siyasətinin prioritetidir
Sumqayıt, 22 fevral (AzərTAc). ARDNŞ-in “Azərikimya” İstehsalat
Birliyi (İB) ilə ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından olan
“Qafqaz” Universiteti arasında iki il əvvəl yaradılmış əlaqələr
çərçivəsində tələbələrin kimya müəssisələrində təcrübə keçmələri, nəzəri
biliklərini zənginləşdirmələri üçün mühüm addımlar atılmışdır.
Gənc mütəxəssislərin “Azərikimya” İB-in müəssisələri ilə yanaşı, regionun daha yüksək inkişaf etmiş neft-kimya kompleksi olan “Petkim” holdinqində təcrübə keçmələri üçün “Azərikimya” – Qafqaz Universiteti –“Petkim” arasında üçtərəfli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqavilə çərçivəsində fevralın birinci yarısında Qafqaz Universitetinin təhsildə fərqlənmiş bir qrup tələbəsi ilk dəfə olaraq “Azərikimya”nın təşkilatçılığı və maliyyə dəstəyi ilə ARDNŞ-in Türkiyədəki ən böyük aktivi olan “Petkim”də istehsalat təcrübəsi keçmişdir. “Azərikimya” İB–dən AzərTAc-a bildirmişlər ki, tələbələr artıq Bakıya qayıtmışlar.
Universitetin mühəndislik fakültəsinin kimya mühəndisliyi, həmçinin sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil alan 1-4-cü kurs tələbələri 10 gün ərzində “Petkim”in aşağı və yuxarı təzyiqli polietilen sexlərində, insan resursları departamentində, idarəetmə mərkəzlərində təcrübə keçmişlər. Elektron-kompyuter sistemi üzrə idarə olunan modern qurğularla, müasir texnoloji proseslərlə bilavasitə tanış olan tələbələr nəzəri biliklərini istehsalatla əlaqədə daha da dərinləşdirmiş, müstəqil işləmək imkanı verən təcrübi bilik və vərdişlər qazanmışlar.