Qafqaz Universitetinin keçirdiyi təlimlərin ilkin mərhələsi uğurla başa çatmışdır


Bakı, 13 fevral (AzərTAc). Azərbaycanda müxtəlif məişət və gigiyenik məhsulların marketinqini həyata keçirən Engin Ltd şirkətində Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzi tərəfindən təşkil edilmiş təlimlərin ilkin mərhələsi uğurla başa çatmışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, Engin Ltd şirkətində “Biznes etikası və şirkət mədəniyyəti” mövzusunda keçirilən seminarda 29 dinləyici iştirak etmişdir. İkinci mərhələdə isə şirkətin satış işlərini həyata keçirən mütəxəssisləri üçün həmin mövzuda seminar təşkil olunacaqdır.
Qeyd edək ki, Davamlı İnkişaf Mərkəzi tərəfindən “Neoklass”, “İntertrans”, “Embawood”, “Aksesuar İnşaat”, “Grand Motors” və “Refarma” şirkətlərində də təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde