525.AZ: Qafqazın tələbələri “Petkim”də təcrübə keçiblər

 28.02.2012 Dövlət Neft Şirkətinin struktur tərkibində fəaliyyət göstərən “Azərikimya” İstehsalat Birliyinin kollektivi hələ iki il əvvəl respublikamızın qabaqcıl və nüfuzlu ali təhsil ocaqlarından olan, ölkənin müxtəlif sahələri üçün yüksəkixtisaslı kadrlar hazırlayan Qafqaz Universiteti ilə əlaqələrin əsasını qoyub.
Qarşılıqlı razılaşma üzrə ötən dövrdə bu ali təhsil ocağının texniki və iqtisadiyyat fakültələrinin müəllim və tələbə heyəti ilə bir sıra görüşlər, diskussiyalar və digər tədbirlər keçirən Birlik kollektivi tələbələrin kimya müəssisələrində təcrübədə olmaları, nəzəri biliklərini praktikada daha da zənginləşdirmələri üçün mühüm addımlar atıb. Lakin gələcək mütəxəssislərin yalnız “Azərikimya”da deyil, həm də regionun daha yüksək inkişaf etmiş neft-kimya nəhəngi olan “Petkim”də – müasir texnologiyalar əsasında yaradılan çoxsaylı müəssisələri ilə tanınan, dünyanın bir çox ölkələrinə keyfiyyətli və geniş assortimentdə neft-kimya məhsulları ixrac edən bu şirkətdə təcrübə keçmələri üçün Birlik rəhbərliyinin təşəbbüsü ilə “Azərikimya” – Qafqaz Universiteti – “Petkim” üçtərəfli əməkdaşlıq müqaviləsi bağlanıb.
Məhz həmin müqavilə çərçivəsində “Azərikimya”nın təşkilatçılığı və maliyyə dəstəyi ilə fevralın birinci yarısında Qafqazın bir qrup qabaqcıl tələbəsi ilk dəfə olaraq, “Petkim”də istehsalat təcrübəsi keçərək, Bakıya qayıdıblar.
Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kimya mühəndisliyi, həmçinin sənayenin təşkili və idarə olunması ixtisasları üzrə təhsil alan 1-4-cü kurs tələbələri 10 gün ərzində “Petkim”in aşağı və yuxarı təzyiqli polietilen sexlərində, insan resursları departamentində, idarəetmə mərkəzlərində təcrübə keçiblər. Elektron-kompyuter sistemi üzrə idarə olunan modern qurğularla, müasir texnoloji proseslərlə bilavasitə tanış olan tələbələr öz nəzəri biliklərini istehsalatla əlaqədə daha da dərinləşdirib, müstəqil işləmək imkanı verən təcrübi bilik və vərdişlər qazanıblar.
Tələbələr həm istehsalat təcrübəsi zamanı, həm də işdən sonra – asudə vaxtlarında “Petkim”in nümayəndələri tərəfindən onlara daim diqqət və qayğı göstərildiyindən razılıqlarını ifadə ediblər. Universitetin rəhbərliyi belə bir faydalı istehsalat təcrübəsinin təşəbbüskarı olan ARDNŞ-in və təcrübənin səmərəli keçməsi üçün maksimum səy göstərmiş “Petkim”in səlahiyyətli nümayəndələrinə öz dərin minnətdarlıq və təşəkkürlərini bildiriblər.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=41467

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF