Texnoparkların fəaliyyəti ABŞ-ın Hantsvil şəhərində araşdırıldı
ABŞ Dövlət Departamentinin təşkil etdiyi
“Ali təhsil və gələcək karyera planlaması” proqramının iştirakçıları ABŞ-ın
Los-Anceles şəhərində aparıcı təhsil müəssislərinin işi ilə yaxından tanış
olduqdan sonra Alabama ştatına gəldilər.
Alabama ştatının aparıcı ali təhsil
müəssisələrindən olan Oakwood Universiteti, Alabama Universiteti Hantsvil
filialı, Calhoun Texnikumu, Jacobs Engineering, Science and Technology Services
şirkəti və Alabama Kollecləri Məsləhətvermə Assosiasiyasında laboratoriya və
texnopark imkanları ilə tanış olaraq, bu müəssisələrdə sənaye ilə əlaqələrin
təşkil olunması ilə bağlı müşahidələr apardılar.
Müşahidələr əsasən tədrisin
praktikaya uyğun təşkil olunmasında sənayenin prinsipləri əsasında qurulmuş
texnoparkların fəaliyyəti aspektində baş tutdu. Əsasən, kosmonavtika, sənayedə
robotlaşdırma, mühərrik və mühərrik detallarının istehsalı üzrə ixtisaslaşmış
Alabama ştatında təhsil müəssisələrinin tərkibində qurulmuş texnoparklar
şirkətlərinin ortaq layihələri olaraq istifadəyə verilmişdir.
Bu texnoparklar
nəinki təhsil müəssisələrinin tələbələrinin iş dünyasının tələbələrinə uyğun
hazırlanmasında, eləcə də iş dünyasında fəaliyət göstərən işçilərin də
təkmilləşdirilməsində geniş istifadə olunur.
Xatırladaq ki, ABŞ Dövlət
Departamentinin həyata keçirdiyi “Ali təhsil və gələcək karyera planlaması
proqramı”nda Azərbacandan Qafqaz Universiteti Karyera Planlama Mərkəzinin müdiri
Dr. İsa Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetindən Fuad Əliyev, Odlar
Yurdu Universitetindən Səbinə Əliyeva, Xəzər Universitetindən isə İskəndər
Ağayev iştirak edir.
Dr. İsa Qasımov