Qafqaz Universiteti tərəfindən Karataş LTD şirkətində verilən seminarlar başa çatmışdır.

Qafqaz Universiteti Daimi İnkişaf Mərkəzi
tərəfindən Karataş LTD şirkətində verilən seminarlar başa çatmışdır.
Azərbaycan sənaye bazarında Mr.Fix brendi ilə tanınan Karataş LTD
şirkətində “İç müştəri məmnuniyyəti və şirkət daxili münasibətlər”,
“Şirkət mədəniyyəti və iş etikası”, “Mükəmməl müştəri məmnuniyyəti” və
“İşin planlaşdırılması və tətbiqi” adlı seminarlar verilmişdir.
T
əcrübəli təlimçilərimiz olan Dos. Təyyar Mustafayev, Dos. Natiq Paşa,
Dos. Altay İsmayılov və Dos. Mayıs Əzizovun həyata keçirdiyi bu
təlimlərdə ümumilikdə 70 nəfər şirkət nümayəndəsi iştirak etmiş və
sertifikatlarla təltif olunmuşlar.
Vüsal Rzayev