Qafqaz Universiteti Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) ilə birgə elmi-praktiki seminar keçirmişdir.


Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, MAA-da keçirilən seminarda hər iki ali məktəbin 100-dən çox professor-müəllim heyəti iştirak etmişdir.

MAA-nın tədris işləri üzrə prorektoru, professor Ədalət Səmədov və Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut tədbirin əhəmiyyətini vurğulamışlar. Natiqlər dinamik inkişaf yolunda olan Azərbaycanda təhsil sahəsinin sürətlə inkişaf etdiyini, bu inkişafda universitetlərin dünya təcrübəsini öyrənmələrinin çox faydalı olduğunu bildirmişlər.

Sonra Türkiyə təcrübəsinin ölkəmizin ali təhsil müəssisələrində öyrənilməsi məqsədi ilə Səlcuq Universiteti Fondunun sədri, professor İbrahim Arslan və həmin ali məktəbin rektorluğunun baş daxili nəzarətçisi Oğuz Erbaşı “Türkiyə Respublikasında universitet fondlarının fəaliyyəti” və “Türkiyə Respublikasında universitetlərdə daxili nəzarət” mövzularında məruzə ilə çıxış etmişlər.

Tədbirdə müzakirələr aparılmış, suallar cavablandırılmışdır.

Sonda qonaqlara təşəkkürünü bildirən Ə.Səmədov Bolonya prosesinə üzv olan Azərbaycanda belə elmi tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulamışdır.

Milli.Az


URL: http://www.milli.az/news/society/97164.html

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde