Quba Özəl Türk Liseyində Xocalı faciəsi anilib


Fevralın 24-də Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq  Quba Özəl Türk Liseyində anım mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə,
Xocalı soyqırımı qurbanları və Qarabağ şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Xocalı soyqırımı faciəsindən  bəhs edən film nümayiş olunub. Daha sonra liseyin müdir müavini Mülkəmir İsmayılov çıxış edərək,  1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalı şəhərində törətdiyi soyqırım faciəsi haqqında şagirdlərə və tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra tədbirdə iştirak edən Quba rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayan Uşaqların və Onların Hüquqlarının Qorunması Komissiyasının üzvü Rəxşəndə xanım Bayramova çıxış edərək, dünya dövlətlərinin Xocalı soyqırımına hüquqi qiymətin verməsinin vacibliyindən danışıb. Tədbir iştirakçılarına Xocalı soyqırımı törədənləri heç vaxt unutmamağı və onlara qarşı   mübarizəyə səsləyib.
Sonra tədbir iştirakçıları Quba şəhərindəki kütləvi məzarlığı ziyarət ediblər. Daha sonra Qubadakı Soyqırım Abidəsinə yürüş ediblər. Quba Özəl Türk Liseyinin şagirdləri beynəlxalq təşkilatlara, xarici dövlətlərin parlamentlərinə etiraz məktubları göndəriblər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF