Sumqayıt Özəl Türk liseyində “Sülh içində yaşayaq” adlı fənn gecəsi keçirilib
Sumqayıt Özəl Türk liseyində pedoqoji kollektiv daima çalışır ki,
yeni interaktiv təlim formaları ilə müasir dövrün tələblərinə uyğun
tədris həyata keçirsin və günün nəbzini tutsun. Bu məqsədlə şagirdlərin
bilik səviyyələrinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq
intellektual yarışlar, fənn gecələri və konfranslar keçirilir.
Bu qəbildən olan tədbirlərdən biri də fevralın 16-da coğrafiya fənni
həftəsi daxilində “Sülh içində yaşayaq” adlı fənn gecəsi keçirilib.
Məlumat üçün bildiririk ki, liseydə coğrafiya fənninə marağı olan bir
qrup şagird tərəfindən “Alpinist Tədqiqat Qrupu” formalaşdırılmışdır.
Fənn gecəsinin keçirilməsinin əsas təşəbbüskarları da məhz onlardır.
Gecəni keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini sülhə
yönəltmək olmuşdur. Tədbirdə nümayiş etdirilən slaydlar, səhnəciklər,
bilik yarışları və xəritədə məntəqə tapma oyunu tamaşaçılar tərəfindən
geniş maraqla qarşılanmışdır.
Liseyin coğrafiya müəllimi Namiq Ağaməmmədov bildirmişdir ki,
şagirdlərin asudə vaxtlarının səmərəli təşkili onlarda ruh yüksəkliyi
əmələ gətirir və bu da fənnlərin mənimsənilmə faizini artırmağa kömək
edir.
Tədbirdə valideynlər, şagirdlər, ictimaiyyət nümayəndələri iştirak
edərək keçirilən tədbirin xoş məramından danışmışlar.Onlar bildirmişlər
ki, Sumqayıt Özəl Türk Liseyi tədris sahəsində böyük uğurlara imza
atdığı kimi, sosial fəaliyyətlərdə də müvəffəqiyyətlər əldə etməkdədir.
Əslində hər bir şagird bir istedaddır və əsas məsələ bu şəxsi
keyfiyyətləri üzə çıxarmaqdan ibarətdir.
Sonda liseyin müdiri Ahmet Çamalan çıxış edərək gecənin
təşkilatçılarına minnətdarlığını bildirmiş və onlara gələcək
fəliyyətlərində uğurlar arzulamışdır.
http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/477-suelh-icind-yasayaq-adl-fnn-gecsi-kecirilib.html