Liseyin müdiri vergi işçilərini peşə bayramını təbrik edib
Fevralın 10-da Quba Özəl Türk Liseyinin müdiri Mustafa Alagözoğlu 11
Fevral Vergi İşçilərinin peşə bayramı münasibətilə 3 saylı ərazi
vergilər idarəsinin rəisi Vidadi Kərimovla görüşüb. M. Alagözoğlu
əvvəlcə Vidadi Kərimovu peşə bayramı münasibətilə təbrik edib bu şərəfli
və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayıb. Sonra liseyin əldə
etdiyi nailiyyətləri uğurları barədə məlumat verib.
V. Kərimov da öz növbəsində gələn qonağa təbrikə görə minnətdarlığını
bildirmiş, vergi sistemindəki yeniliklər, ümumi görülən işlər barədə
məlumat verib. Daha sonra idarə rəisi müasir dövrdə elektron sistemdə
fəaliyyət göstərmək üçün bacarıqlı və səriştəli kadrlara ehtiyac
duyulduğunu qeyd edib. Əmin olduğunu bildirib ki, məhz Quba Özəl Türk
Liseyi bu mənada yeni savadlı, bacarıqlı kadrların yetişməsində
əhəmiyyətili rol oynayacaq. Onlara bu və ya digər sahələr üçün müasir
təlabata uyğun mütəxəssislərin yetişdirilməsində uğurlar arzulayıb.