“Ana dilimizi sevək, sevdirək” mövzusunda IX respublika müsabiqəsinin yekun tədbiri keçirilib - FOTOSESSIYA
APA-nın xəbərinə görə, Təhsil Nazirliyi və “Çağ” Öyrətim İşlətmələri
Şirkətinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə Azərbaycan–Türk
Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz açıb.
A. Gömleksiz Azərbaycan dövlətinin təhsilə, ana
dilinə göstərdiyi diqqətdən danışıb. O, Heydər Əliyevin ana dili ilə bağlı kəlamlarını
xatırladıb, imzaladığı sərəncamları vurğulayıb. Ana dilinə diqqətin göstəricisi
olaraq keçirilən bu müsabiqənin 9-cu olduğunu deyən A. Gömleksiz müsabiqənin
yekunu üçün seçilən şahidlərin Azərbaycanın müxtəlif bölgələrindəki məktəblərdən
bir neçə mərhələdə seçildiyini bildirib.
İdarə rəisi bildirib ki, “Dilimiz varlığımızdır”
devizi altında keçirilən müsabiqədə 5 nominasiya (Azərbaycan dilinin
qrammatikası, inşa yazı, internet saytı, şeir ifaçılığı, mahnı ifaçılığı) üzrə
yarışıblar. O bildirib ki, müsabiqənin qalibləri bu ilin iyun ayında Türkiyədə
keçirilən tədbirlərdə Azərbaycanı təmsil edəcəklər.
Daha sonra finalçılar çıxışlarını səsləndiriblər.
Şagirdlərin oxuduqları şeirlər və mahnılar daha çox vətənpərvərlik ruhunda olub.
Sonda münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib
və mükafatlandırıblar.
http://www.az.apa.az/xeber_%E2%80%9CAna_dilimizi_sevek,_sevdirek%E2%80%9D__251559.html