Qafqaz Universitetinin rektoru Bəxtiyar Vahabzadədən danışıb

Modern.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının,
bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi
Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə bağlı Şəki şəhərində anım
mərasimi keçirilib. Anım mərasimi Şəki Şəhər İcra Hakimiyyəti və Qafqaz
Universitetinin təşəbbüsü ilə baş tutub.
Şəki şəhər musiqi kollecinin akt zalında təşkil olunmuş “Şəkidən dünyaya” adlı tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, İcra hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Zərinə Cavadova, İcra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Firon Əliyev, cra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabə xanım İsmayılova, Şəki ziyalıları, müvafiq təşkilat və müəssisə rəhbərləri iştirak edib.

Proqram böyük şairin xatirəsini bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanıb.
Tədbirdə iştirak edən deputat Cavanşir Feyziyev B.Vahabzadənin həyat
və yaradıcılığı, fəaliyyəti barədə mərasim iştirakçılarına məlumat
verib. Böyük şairin fəlsəfi dünyagörüşünün gənclər tərəfindən
mənimsənilməsini zəruriliyini qeyd edib.
Qafqaz Universitetinin rektoru Prof. Ahmet Saniç şairlə olan yaxın
dostluğundan, şairin vəfatı anında yanında olmasından, türk dünyasının
problemlərini ölüm anında belə unutmamasından danışıb.
Proqramın bədii hissəsində Sərdar Şərifovun rəhbərlik etdiyi musiqi
kollecinin və Qafqaz Universiteti tələbələrinin ifasında şairin şeirləri
oxunub, şeirlərinə bəstələnən mahnılar səslənib.
Tədbirin sonunda unudulmaz şairə həsr olunmuş qısametrajlı film nümayiş olunub.Modern.az
http://modern.az/articles/21122/1/