Qafqaz Universitetində beynəlxalq tələbə konfransı keçiriləcək


Qafqaz Universitetinin İngilis dili və ədəbiyyatı bölümü “İngilis dili və ədəbiyyatında yeni yanaşma metodları” adlı II Beynəlxalq tələbə konfransı təşkil edir. 
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbir aprelin 27-də keçiriləcək. Konfransın aparıcı dili ingilis dilidir. 
Konfransın məqsədi tələbələri elmi fəaliyyətə təşviq etmək, araşdırmaq istədikləri elmi-tədqiqat işlərinə təkan vermək, ingilis dili və ədəbiyyatı sahəsində yeni tədqiqat metodlarının əhəmiyyətini vurğulamaqdır. 
Mövzu ilə bağlı ingilis dili və ədəbiyyatı sahəsində yeni işləri üzə çıxarmaq, daha da inkişaf etdirmək də konfransın əsas məqsədlərindəndir. Konfransın sessiyaları 3 əsas başlıq altındadır: Dilçilik məsələləri, Ədəbiyyat və Təhsil.
İştirak üçün yazıları fevralın 20-dək “languageandliterature@qu.edu.az” ünvanına göndərmək olar. 
 
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=40783

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde