«Müasir Azərbaycan və Çağ Öyrətim»

Azərbaycan Respublikasının müstəqilliyinin və Çağ Öyrətim İşlətmələrinin 20 illiyinə həsr olunmuş Bilik yarışı qaliblərinin mükafatlandırılması məqsədilə Araz Kursları Baş İdarəsi tərəfindən təşkil olunmuş «Müasir Azərbaycan və Çağ Öyrətim» adlı tədbir!


Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan “Çağ Öyrəyim” Şirkəti və ona bağlı Araz Kursları 20 ildir etimada sədaqətlə fəaliyyət göstərir. Digər sahələrdə olduğu kimi təhsil sahəsində də Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyevin verdiyi sərəncamlar əsasında aparılan islahatların nəticəsində Azərbaycan təhsili ilə dünya təhsili arasında inteqrasiya güclənir, orta məktəblərdə təhsil günü-gündən inkişaf edir. Belə ki, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı ilbəil artır.
Ali məktəblərə hazırlıq deyərkən 20 ildir ki, ağıla ilk olaraq Araz Kursları gəlir. Azərbaycanda ali məktəblərə qəbul imtahanları test sistemi ilə keçirilməyə başladığından təcrübənin az, sistemi öyrənməyə ehtiyacın çox olduğu belə bir dövrdə Araz Kursları da təhsilə öz köməyini əsirgəmədi.
Fəaliyyətə başladığı ilk gündən təhsil ictimaiyyətinin diqqətini özünə çəkməyə müvəffəq olan Araz Kursları test təcrübəsini çox uğurla Azərbaycanda tətbiq edir. 20 il öncə Bakı şəhərində – cəmi bir kursla bünövrəsi qoyulan Araz Kursları hal-hazırda respublikamızın 10 müxtəlif şəhər və rayon mərkəzlərində 12 kursla fəaliyyətini uğurla davam etdirir.
Araz Kursları ali məktəblərə yüksək səviyyədə hazırlaşmağı hədəfləyən 9, 10 və 11-ci sinif şagirdlərinin, həmçinin orta məktəb məzunlarının ən çox seçdiyi yoldur. Kurslarımızda dərslər 12-16 nəfərlik qruplar halında həftədə 3 dəfə olmaqla tədris olunur. Dərslər orta məktəb dərsliklərinə əsaslanılaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elan etdiyi qəbul proqramlarına görə keçirilir. Tədris prosesi zamanı dinləyicilər təcrübəli müəllimlərin köməyi ilə həm nəzəri biliklərə yiyələnir, həm bu biliklərin testlər üzərində tətbiqini qavrayır, həm də test sisteminin digər metodiki sirlərinə yaxından bələd olurlar.
Ciddi bir tədris prosesinə tabe tutulan dinləyici-abituriyentlərimiz həftəlik mövzu testləri ilə hər həftənin sonunda sınağa çəkilir, ay sonunda isə 125 test tapşırığından ibarət imtahan sualları vasitəsilə çəkdikləri zəhmətin nəticəsini görürlər.
Kurslarımızın məzunları 20 ildə  46 dəfə ən yüksək nəticə əldə etmiş,  113 məzunumuz prezident təqaüdünə layiq görülmüş, ümumilikdə 1235 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Həmçinin onu da fəxrlə qeyd edə bilərik ki, kurslarımızda ali məktəblərə hazırlaşmış 8 dinləyicimiz maksimum nəticə göstərərək 700 bal toplamışdır. Ümid edirik ki, bu gənclər gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş olacaq, Azərbaycanın xoşbəxt gələcəyinə gedən yolda öz yerlərini ön sıralarda tutacaqlar.
Araz Kurslarının abituriyentlər və müəllimlər tərəfindən çox sevilməsində, həmçinin məzunlarının yüksək uğurlara imza atmasında bir pay da onun nəşrlərinə düşür. Araz Yayınlarının məhsulu olan bu nəşrlər, əsasən, iki vəzifəni yerinə yetirir. Dərs vəsaitləri  dinləyiciləri qəbul proqramına uyğun yığcam, ancaq sistemli və sanballı şəkildə mövzularla tanış edir. Test bankları isə abituriyentlərə  test vərdişlərinin aşılanmasında böyük  yardım göstərir. Vəsaitlərimiz respublikamızın bütün – həm Azərbaycan, həm da rus bölməsi abituriyentləri üçün nəzərdə tutulmuşdur.
Araz Kursları respublikamızın təhsil ictimaiyyətini, həmçinin yuxarı sinif şagirdlərini, daim yenilikləri ilə də sevindirir. 2011-2012-ci tədris ilində başlayaraq kurslarımızda yeni – “Video Həllər” layihəsinin əsası qoyulmuşdur. Artıq Araz Kurslarının aylıq sınaq imtahanlarında iştirak edən abituriyentlər imtahanlarda istifadə olunan test tapşırıqlarının həlli və şifahi izahı ilə heç kimin köməyi olmadan imtahandan cəmi iki saaat sonra tanış ola bilirlər.
Araz Kursları  dörd il bundan əvvəl yeni bir layihəyə start vermişdir. Respublika səviyyəsində 8 və 9-cu sinif şagirdləri arasında ən güclülərini ortaya çıxarmaq, onları ictimaiyətə tanıtmaq məqsədilə kurslarımız 2008-ci ildən etibarən hər il “Bilik yarışı” təşkil edir. Bu ilki yarışımız “Çağ” Öyrətim İşlətmələrinin 20 illiyinə həsr olunmuş və “Müasir Azərbaycan və Çağ Öyrətim” adı altında keçirilmişdir. Bu yarışda 3242-i 8, 4981-i isə 9-cu sinif olmaqla 8223 şagird öz biliyini nümayiş etdirmişdir. Onlardan hər qrup üzrə yüksək bal toplayanlar hər bir bölgədə olan Araz Kurslarının keçirdiyi tədbirdə mükafatlandırılmışlar. 
Bu günkü tədbirdə biz həmin şagirdlərdən 8-ci siniflər üzrə yüksək nəticə əldə etmiş 20 və 9-cu siniflər üzrə yüksək nəticə göstərimiş 20 nəfər şagirdi dəvət etmişik. Biz əvvəla bu şagirdlərin məktəb direktorlarını, onların orta məktəb müəllimlərini, valideynlərini təbrik edirik. Qazanılmış qələbədə ən böyük pay, sözsüz ki, onlarındır. Arzu edirik ki, bu 52 nəfər gənc Azərbaycanın xoşbəxt gələcəyinə doğru aparan yolda ön sıralarda olsun. Onların nailiyyətlərinə sevinmək, yeni qələbələrə ruhlandırmaq hər birimizin mənəvi borcudur. Biz bu yolda üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq və bundan sonra da belə layihələrlə təhsil ictimaiyətini sevindərəcəyik.
Tədbirə gələn məktəb direktorlarına və qalib olmuş şagirdlərə təşəkkür edirik.
Araz Kursları Baş İdarə rəisi
İrfan Uzundemir
  

  

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF