Qafqaz Universitetinin əməkdaşları ADİU-nun İqtisadi Araşdırmalar Elmi–Tədqiqat İnstitutunda olmuşlar
Bakı, 18 fevral (AzərTAc). Qafqaz Universitetinin əməkdaşları
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nəzdində fəaliyyət
göstərən İqtisadi Araşdırmalar Elmi–Tədqiqat İnstitutunda olmuşlar.
ADİU-dan AzərTAc-a bildirmişlər ki, görüşdə Araşdırmalar Mərkəzi ilə elmi-tədqiqat işləri sahəsində əməkdaşlıq imkanları və əməkdaşlığın mümkün istiqamətləri ətrafında çox faydalı fikir mübadiləsi aparılmışdır.
Tərəflər məsələ ilə əlaqədar konkret təkliflərin hazırlanması və yaxın müddətdə bu təkliflərin müzakirəsi üçün yenidən görüşmək barədə razılığa gəlmişlər.