Uşaq Ədəbiyyatı Konqresinə təhsil naziri də qatıldı
İkinci Beynəlxalq Türk xalqları Uşaq Ədəbiyyatı Konqresi işə başlayıb.
Modern.az-ın xəbərinə görə, Qafqaz Universitetində baş tutan Konqresdə təhsil naziri Misir Mərdanov çıxış edərək Konqresin Qafqaz Universitetində keçirilməsi ilə bağlı fikirlər səsləndirdi. O bildirdi ki, Qafqaz Universiteti Azərbaycanın müstəqilliyi ilə yaşıddır. Universitet təhsil sistemində öz sözünü deyib: ““Çağ öyrətim” şirkətinə təşəkkür edirik ki, Azərbaycana gəldilər və bu cür məktəblər yaratdılar. Qafqaz Universitetinin keçmiş yaradıcıları da burda iştirak edir. Bu baxımdan bu bizim üçün ibrətdir ki, onları, burada əməyi olanları unutmayaq”.
Daha sonra nazir bildirib ki, belə konfranslar Azərbaycanda tez-tez keçirilsin və biz də orda iştirak edərək öz töhfələrimizi verək”.
Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayevdə bu gün ölkəmizdə kitab satışının azalmasına diqqət çəkdi. Onun sözlərinə görə, bütün böyüklər nə vaxtsa kiçik olublar: “Uşaqların gələcəkdə necə insan olmaları onların oxuduğu kitablardan asılı olacaq. Təəssüflər olsun ki, Azərbaycanda bir müddət kitabsız nəsil yetişdirdik. Bu da kiril əlifbasından latın əlifbasına keçid zamanında oldu”. Bundan başqa, Birlik sədri onu da bildirdi ki, Azərbaycanda kitab satışı azalıb. Bu bizim yaralı yerimizdir. Gənc nəsil daha çox internet vasitəsilə kitabları yükləyib oxuyurlar. Biz yaşlı nəsil üçünsə bu bir qədər çətindir. Bütün bunlara baxmayaraq, hansı vasitə ilə olursa-olsun kitablara maraq olmalıdır”.
Anar Kəlbiyev
http://modern.az/articles/29736/1/