Qafqaz Universitetində Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

3 Oktyabr 2012 ci il tarixində Qafqaz Universitetində böyük şərq mütəffəkiri, dahi Azərbaycan şairi  Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Universitetin tələbə və professor-müəllim heyəti, eyni zamanda, dəvət olunmuş qonaqlar bu tədbirdə  iştirak edirdilər.
Tədbirdə Nizami Gəncəvinin böyüklüyü, onun ideya-estetik zövqü, şərq ədəbiyyatında mövqeyi və s. barədə çıxışlar edildi.
Açılış sözü ilə çıxış edən Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin müdiri prof. Akif Hüseynli Nizami Gəncəvi yaradıcılığından geniş söz açaraq tələbələrə məlumat verdi. Professor Akif Hüseynli  bildirdi ki, Nizami Gəncəvi tək Azərbaycanın deyil, o eyni zamanda dünya şairidir.
Daha sonra isə söz məruzəçilərə verildi.Çıxış edənlər sırasında AMEA-nın aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil, Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin II kurs magistr tələbəsi Aygün Əliyeva Nizami irsinin müxtəlif istiqamətlərində fikirlər söylədilər. Sonda natiqlər tələbələri maraqlandıran sualları cavablandırdılar.
Qafqaz Universiteti Mətbuat xidməti.
http://qu.edu.az/view_news.php?news=2549&link=224&lang=az

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde