Qafqaz Universiteti xarici tələbələrə orientasiya proqramı keçirdi
 
                    
23 Oktyabr tarixində 2012-2013-cü tədris ilində 
Qafqaz Universitetinə qəbul olmuş xarici tələbələrə orientasiya proqramı
 keçirilmişdir.
Proqramın açılış mərasimi universitetin rektoru Prof. 
Dr. Ahmet Saniçin səmimi sözləriylə başladıldı. 
Görüşdə xarici 
tələbələrə eyni zamanda universitetin Tədris İşləri üzrə Prorektoru, 
İçtimaiyyətlə Əlaqələr üzrə Prorektoru, Xarici Əlaqələr Ofisinin müdiri,
 Tədris Hissəsi müdiri və  Dil Tədris mərkəzinin müdiri tərəfindən 
universitetin təlim və tədris prosesləri, xarici tələbələrin 
Azərbaycanda viza və bank hesab prosedurları və bunun kimi bir çox 
əhəmiyyətli mövzular haqda ətraflı məlumat verildi. 
Görüşün sonunda 
universitetin əməkdaşları və xarici tələbələr arasında sadalanan 
mövzular ətrafında sual və cavablarla müzakirələr keçirildi.