BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qafqaz Universitetində olmuşdu

Bakı, 28 sentyabr (AzərTAc). Sentyabrın 28-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Fikrət Akçura Qafqaz Universitetində olmuşdur. 
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç təhsil müəssisəsində müvafiq sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışmışdır. 
Görüşdən məmnunluğunu qeyd edən F.Akçura Qafqaz Universiteti ilə bağlı müsbət fikirlərini bildirmiş, professor-müəllim heyətinə və tələbələrə təhsildə yeni nailiyyətlər arzulamışdır. Qonağa xatirə hədiyyəsi təqdim edilmişdir. Sonra F.Akçura universitetin tədris şəraiti ilə tanış olmuşdur.
http://www.azertag.com/node/1006582

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde