“Təhsilimizin ulduzları” “Qafqaz”da görüşəcəklər

Bu gün Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 10-cu ildönümünə həsr edilmiş, həmçinin 2012-2013-cü dərs ilinin başlanması ilə əlaqədar “Yüksələn təhsilimizin bayraqdarı - təhsilimizin ulduzları” adlı tədbir keçiriləcək.
Təhsil Nazirliyinin və “Çağ”ın təşkilatçılığı ilə keçiriləcək tədbirdə Azərbaycan-Türkiyə Özəl Liseylərinin və “Araz” kurslarının 2012-ci il məzunlarının ali məktəblərə qəbulu ilə bağlı məlumatlar veriləcək, uğur qazanan məzunlar, müvafiq liseylərin təhsildə fərqlənən şagirdləri, Qafqaz Universitetinin tələbələri mükafatlandırılacaqlar. Mərasimdə Azərbaycan-Türkiyə Özəl Liseylərinin cari ildə iştirak etdikləri beynəlxalq olimpiadalar barədə də ətraflı məlumat veriləcək. Gülər Rəsul

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır