Polşanın iki ali təhsil müəssisəsinin rektorları Qafqaz Universitetində
Oktyabrın 15-i Qafqaz Universitetinin rektoru 
Prof. Dr. Ahmet Saniç və Mühəndislik Fakultəsinin bir qrup əməkdaşı 
Polşanın iki ali təhsil müəssisəsinin rektorunu və onların 
rəhbərliyindəki nümayəndə heyətini qəbul etmişdir. 
Universitetlərin 
nümayəndə heyətinə rəhbərlik edən Polşanın Texnologiya və Həyat Elmləri 
Universitetinin rektoru Prof. Antoni Bukalukun və Şetsin Dəniz 
Universitetinin rektoru Prof. Stanislav Qucmanın Qafqaz Universitetinin 
rektoru ilə səmimi söhbətindən sonra universitetlər arasındakı 
əməkdaşlıq və prespektivlər müzakirə olunmuşdur. 
Qonaqlar və Qafqaz 
Universiteti əməkdaşları gələcəkdə ortaq layihələr üzrə əməkdaşlıq, 
tələbə və akademik heyət mübadiləsi və eyni zamanda bilik və təcrübə 
mübadilələrinin aparılması ilə bağlı mövzuları müzakirə etdilər. Xüsusi 
ilə də qonaqlar FP7, Erasmus Mundus, TEMPUS kimi layihələrdə sıx ortaq 
əməkdaşlıqların aparılamsı arzusunda olduqlarını bildirdilər.
Müzakirələrdən sonra qonaqlar Qafqaz Universitetinin şəhərciyini 
gəzərək universitetin yeni binaları və laboratoriyaları ilə tanış 
oldular.