Qafqaz Universitetində Nizami Gəncəvinin yubileyi qeyd olunub

Bu gün Qafqaz Universitetində dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə tələbə və professor-müəllim heyəti, eyni zamanda, dəvət olunmuş qonaqlar iştirak ediblər.

Açılış sözü ilə çıxış edən Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin müdiri prof. Akif Hüseynli Nizami Gəncəvi yaradıcılığından geniş söz açıb. Bildirib ki, Nizami Gəncəvi tək Azərbaycanın deyil, o eyni zamanda dünya şairidir.

Daha sonra AMEA-nın aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Ağaverdi Xəlil, Qafqaz Universitetinin Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi bölməsinin II kurs magistr tələbəsi Aygün Əliyeva Nizami irsinin müxtəlif istiqamətlərində fikirlər söyləyiblər.

Nigar
http://qafqazinfo.az/news.php?id=26766

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde