Bakıda türk dünyası ölkələrinin uşaq ədəbiyyatı problemi müzakirə olunacaq
Oktyabrın 11-13-də Bakıda Qafqaz Universitetində “Türk Xalqları Uşaq
Ədəbiyyatı” adlı beynəlxalq konqres keçiriləcək. Bu barədə “İnterfaks
-Azərbaycan” agentliyinə universitetdən bildirilib.
Konqresin əsas məqsədi uşaq ədəbiyyatına diqqət çəkmək, türk dünyası
xalqları ədəbiyyatının təbliği, 2008-ci ildə keçirilmiş konqresin
nəticələrini təhlil edərək yeni vəzifə və hədəflər müəyyənləşdirməkdir.
Konqresin işində Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan,
Dağıstan, Gürcüstan və Makedoniydan olan alimlər, yazıçı və şairlər,
uşaq jurnallarının redaktorları iştirak edəcəklər. Konqres çərçivəsində
bir sıra elm xadimlərinin məruzələri dinləniləcək, gələn qonaqlar Bakı
şəhərini gəzəcək, tarixi məkanlarla tanışlıq olacaq.
2008-ci ildə təşkil olunmuş birinci konqresdə 8 ayrı ölkədən 58
Universitetin elm adamları, uşaq ədəbiyyatı yazıçıları, şairləri, uşaq
jurnallarının redaktorları, müxtəlif nəşriyyat evlərinin rəhbərləri
iştirak edib.