Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri peşə bayramı münasibəti ilə Şəki Rayon Prokurorunu təbrik edib



1 Oktyabr prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin müdiri Ömer Faruk İmat və bir qrup əlaçı şagirdlər Şəki Rayon Prokuroru Ağarəhim Rəhimovla görüşüb. 

Görüş zamanı liseyin müdiri Ö.F. İmat əvvəlcə Prokuror A. Rəhimovu peşə bayramı münasibətilə təbrik edib işlərində müvəffəqiyyətlər arzulayıb. Sonra lisey şagirdlərinin təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə məlumat verib. 

Prokuror Ağarəhim Rəhimov səmimi təbrikə görə liseyin müdirinə təşəkkür edib. Bu təhsil ocağının müəllimlərinin yüksək məsuliyyətlə işləyərək, bundan sonra da Azərbaycanın işıqlı gələcəyi üçün var qüvvələrilə çalışdıqlarına əmin olduğunu bildirib. Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinin bu ərazidə aparıcı təhsil müəssisəsi olduğunu qeyd edib. Onlara təhsildə uğurlar diləyib.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde