Qafqazda “Türk Xalqları Uşaq Ədəbiyyatı”
 11-13 oktyabr tarixində Qafqaz Universitetində “Türk Xalqları Uşaq 
Ədəbiyyatı” adlı II beynəlxalq konqresin ikincisi təşkil olunacaq. 
Qafqaz Universitetindən SİA-ya verilən xəbərə görə, bu konqres 
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Çağ Öyrətim İşlətmələri, 
Qafqaz Universiteti, Azərbaycan Yazıçılar Birliyi, Türkiyə Yazarlar 
Birliğinin həmsədrliyi ilə təşkil olunacaq.
 Konqresdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, 
Dağıstan, Gürcüstan, Makedoniya kimi ölkələrin nümayəndələri - alimlər, 
şairlər, yazıçılar və uşaq jurnallarının redaktorları iştirak 
edəcəklər. Konqesin ilk günü açılış tədbirində universitetin rektoru 
Ahmet Saniç, təhsil naziri Misir Mərdanov, Azərbaycan Yazıçılar 
Birliyinin sədri Anar, Türkiyə Respublikasının Azərbaycandakı 
Səfirliyinin nümayəndəsi və qonaqlar çıxış edəcək. Daha sonra Türk Dili 
və Ədəbiyyatı Kafedrasının müdiri Prof.Ömer Okumuşun rəhbərliyi ilə 
Plenar iclas keçiriləcək. Plenar iclasda Prof. Dr.Qara Namazov, uşaq 
ədəbiyyatı yazıçısı Bestami Yazgan çıxış edəcək.
 Açılış tədbirindən sonra Konqres Bölmə iclasları ilə davam edəcək. 
Konqresin ikinci günü Bölmə iclaslarında müxtəlif elm adamlarının 
məqalələri, fikirləri dinləniləcək. Günün sonunda isə yekun iclası 
keçirilərək. Konqresin üçüncü günü Asiya ölkələrindən və Türkiyədən 
gələn elm adamları Bakı şəhəri ilə tanış olacaqlar.
Könül Kamilqızı
        
