Erasmus Mundus ALRAKIS mübadilə proqramının ikinci mərhələsi başlamışdır


Eramus Mundus ALRAKIS tələbə mübadiləsi proqramının ikinci mərhələsi artıq başlamışdır. Sənədlərin təqdim edilməsi üçün son tarix Oktyabrın 10-dur.
Qafqaz Universitetinin tələbələri proqramda Target Group 1 altında iştirak hüququna malikdirlər. Tələbələrin mübadilə proqramında iştirak edə biləcəkləri universitetlərin siyahısı aşağıdakı kimidir: Georg-August-Universität Göttingen, Warsaw University of Life Sciences, University of Santiago de Compostela, Tallinn University, Università degli Studi della Tuscia, Katholieke Universiteit Leuven, Royal Institute of Technology, and Karl-Franzens-Universität Graz.
Qafqaz Universiteti 2-ci, 3-cü və 4-cü kurs tələbələrinin proqramda iştirak etməsini dəstəkləyir.
Nominasiyadan uğurlu seçilmiş tələbələrə Erasmus Mundus proqramı tərəfindən aylıq 1000 AVRO təqaüd ayrılacaqdır.
Daha ətraflı məlumat üçün xahiş olunur www.alrakis.eu web səhifəsini ziyarət edəsiniz.

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır