DSMF-nun yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib.


Səlim Müslümov 


Oktyabrın 8-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Universitetində elmi-praktik konfrans keçirilib.
Gün.Az-ın Fonda istinadən verdiyi xəbərə görə, DSMF sədri Səlim Müslümov bildirib ki, 2006-cı ildən Azərbaycanda müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilib.

Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərir. Yeni sistemin fəaliyyət dövrü ərzində DSMF-nin xərcləri 4,4 dəfə artaraq 2,5 mlrd. manata çatıb.

“Bu artımlar pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbətinin artımını şərtləndirib. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2003-cü ildə 3,9 faiz təşkil etmişdir və 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz  artaraq 810,6 min nəfərə çatdığı halda, ÜDM-in artımı 6 dəfə, pensiya sisteminin xərclərinin artımı isə 7,3 dəfə olub”.

Onun sözlərinə görə, yeni sistemin fəaliyyətə başladığı 2006-cı ildən hazıradək DSMF-nin gəlirləri 4,1 dəfə artıb, sosial sığorta ödəyicisi olan sığortaolunanların sayı 1 milyon 300 min nəfərdən 2 milyon 100 min nəfəri ötüb, sosial sığorta haqqının dərəcələri 29 faizdən 25 faizə endirilib.

O, bildirib ki, 2011-ci ilin 1 iyulundan bu istiqamətdə islahatların sonuncu mərhələsi gerçəkləşdirilib və həmin insanların pensiyalarının əvvəlki sistemin fəaliyyəti dövründəki iş stajları əsasında yenidən hesablanması nəticəsində ortalama 40 faiz artırılıb.

“Bu islahat tədbirinin illik maliyyə tutumu 500 milyon ABŞ dollarından çox olub. Yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,3 dəfə artıb. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edib”.

S.Müslümov nəzərə çatdırıb ki,  pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb, hazırda pensiya ödənişi aparılan pensiyaçıların kənd yerlərində 99,0 faizinin, şəhərlərdə 100 faizinin, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.

“Hazırda pensiya təyinatının avtomatlaşdırılması, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi,  qeyri-dövlət pensiya institutlarının inkişafı, sistemdaxili normaların sərtləşdirilməsi istiqamətlərində islahat tədbirlərinin həyata keçirilməsi üçün müvafiq addımlar atılır”.

Nərmin Rəhimova
Gün.Az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF