Türkiyəli yazıçılar məktəbdə şagirdlərlə görüşüb



  Oktyabrın 12- də ölkəmizdə qonaq olan II Beynəlxalq Türk Xalqları, Uşaq Ədəbiyyatı Konqresinin iştirakçısı olan Türkiyənin məşhur bir qrup uşaq ədəbiyyatı yazıçıları və şairləri Kafkas İlköğretim okulunda olublar. 

Qonaqlar əvvəlcə məktəbin tədris şəraiti sinif otaqları, kitabxanası və sosial şəraiti ilə yaxından tanış olublar. Sonra yazıçılardan Bestami Yazqan, Nurdan Damla, Hasan Ahmet Gökçe və “Gonca” dərgisinin Baş redaktoru Elif Konar məktəbin şagirdləri ilə görüşərək hər biri ilə söhbət ediblər, onları maraqlandıran sualları cavablandırıblar və müəllifi olduqları kitablardan hədiyyə ediblər. 

Məktəbin müdiri İlhami Atmaca yazıçıları bu tədris müəssisəsinin təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə ətraflı məlumat verib və yazıçılara şagirdlərlə bu səmimi görüşə görə təşəkkür edib. 

Qonaqlar burada şagirdlər üçün hazırlanmış şəraitdən onların təhsildə qazandıqları uğurlardan məmnun olduqlarını bildiriblər və məktəbin müəllim və şagird kollektivinə uğurlar diləyiblər.  

http://www.cag.edu.az/v2/index.php/8-cagdan-xbrlr/668-tuerkiyli-yazclar-mktbd-sagirdlrl-goeruesueb-ssss.html

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF