Müəllim və şagirdlər Yanğınsöndürənlərin peşə bayramını təbrik etdi
10 oktyabr Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından Mühafizə işçilərinin peşə bayramı münasibətilə Sumqayıt
Özəl Türk Lİseyinin bir qrup müəllim və şagirdləri Sumqayıt Şəhər
Yanğından Mühafizə İdarəsinin rəisi Tahir Quliyevlə görüşüblər.
Qonaqlar
əvvəlcə Tahir Quliyevi peşə bayramları münasibətilə təbrik ediblər və
onlara bu çətin və həyati vacib işlərində uğurlar diləyiblər.
Sonra
təhsildə əldə etdikləri nailiyyətləri və uğurları barədə məlumat
veriblər.
T. Quliyev onlara göstərilən bu diqqətə görə qonaqlara
minnətdarlığını bildirib. Liseyin müəllim və şagird kollektivinə
təhsildə uğurlar diləyib.