Qafqaz Universitetində növbəti seminar keçirildi.
Qafqaz Universiteti qurulduğu gündən bu günə
 kimi təhsillə yanaşı müxtəlif  peşə sahibləri, iş həyatında təcrübə 
qazanmış iş adamları, tanınmış  alimlər, dövlət adamları və sənət sahibi
 olan insanlarla birlikdə aylıq seminarlar keçirir. Məhz belə 
seminarlardan biri də DSMF-nin sədri Səlim Müslümovun Qafqaz 
Universitetinin tələbələrilə görüşündə baş tutdu.  
Universitetin akt 
zalında keçirilən  seminarı  giriş sözü ilə açan Qafqaz Universitetinin
 rektoru prof. Ahmet Saniç bildirdi ki, artıq neçə illərdir ki, bu 
təhsil ocağında müxtəlif sahələri əks etdirən ənənəvi aylıq  seminarlar 
keçirilir. 
Məqsəd yaxşı təhsillə yanaşı öz peşşəsini sevən və sevdirməyi
 bacaran peşəkar mütəxəssislərlə birlikdə tələbələri iş həyatına 
professional şəkildə hazırlamaqdır.  
Bunun nəticəsi olaraq Qafqaz 
Universitetinin  qonağı olan Azərbaycan Respublikasının  Dövlət Sosial 
Müdafiə Fondunun sədri Səlim  Müslümov “Azərbaycanda Pensiya Sistemi” 
mövzusunda məruzə ilə  çıxış etdi və tələbələri maraqlandıran sualları 
cavablandırdı.  Tədbirin sonunda Qafqaz Universitetinin rektoru prof. Ahmet Saniç qonağa xatirə plaketini təqdim etdi.
Qafqaz Universitetinin Mətbua Xidməti.http://qu.edu.az/view_news.php?news=2555&link=224&lang=az
