ABŞ-ın Azərbaycandakı səfiri Qafqaz Universitetində olmuşdur
Bakı, 24 oktyabr (AzərTAc). Oktyabrın 24-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qafqaz Universitetində olmuşdur.
AzərTAc xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri görüşdə Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlər, təhsil müəssisəsinin beynəlxalq əlaqələri barədə məlumat vermişdir.
Görüşdən məmnun qaldığını qeyd edən R.Morninqstar ABŞ ilə Azərbaycan arasında əlaqələrdən və bu əlaqələrin əhəmiyyətindən danışmışdır.
Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan səfir bu sahədə əməkdaşlığın genişləndirilməsinin, təhsil müəssisələri arasında tələbə, təcrübə mübadilələrinin önəmli olduğunu diqqətə çatdırmışdır.
Sonra R.Morninqstar tələbələrin suallarını cavablandırmışdır.