Təhsil işçiləri liseydə “Ağıllı Lövhə” ilə yaxından tanış olublar
Oktyabrın 30-da Oğuz Rayon Təhsil şöbəsinin müdiri Elçin Kərimov, müavinləri Nəsimi Adıyev, metodkabinə müdiri Nəsimi Zahidov, Oğuz Rayon Azad Həmkarlar Təşkilatının sədri Telman Mustafayev, eləcə də təhsil şöbəsinin digər əməkdaşları və rayonun bir çox məktəb direktorları Şəki Azərbaycan-Türkiyə Özəl Liseyinə gələrək “Ağıllı Lövhə” ilə yaxından tanış olublar. Liseyin müdiri Ömer Faruk İmat qonaqlara yeni təhsil texnologiyaları, xüsusilə də “Ağıllı Lövhə” və onun əhəmiyyəti haqqında ətraflı məlumat verib. O, bildirib ki, bu ildən başlayaraq şagirdlərin dərsi qavrama fəallığını daha da artırmağa imkan verəcək interaktiv elektron lövhələrin istifadə edilməsinə başlanılmışdır. 14 ədəd elektron lövhə alınaraq sinif otaqlarında quraşdırılmışdır.
Sonra qonaqlar liseyin sinif otaqlarını 
gəzərək dərs prosesini izləmiş və interaktiv lövhələrlərdən istifadə 
qaydaları ilə tanış olublar. Liseydə tətbiq olunan bu yeni təhsil 
texnologiyalarının şagirdlərin daha yaxşı oxumasında xüsusilə də 
dərslərini daha yaxşı qavramasında mühüm əhəmiyyəti olacağına əmin 
olduqlarını bildiriblər. Bunun digər təhsil müəssisələrində də tətbiq 
olunmasını arzulayıblar. Liseydə şagirdlər üçün hazırlanmış şəraitdən və
 onların nizam-intizamından məmnun olduqlarını bildirən qonaqlar Şəki 
Azərbaycan-Türkiyə Özəl Liseyinin kollektivinə təhsildə uğurlar 
arzulayıblar.    


