Mingəçevir Özəl Türk Liseyində müəllimlərin peşə bayramı qeyd edilib
5 Oktyabr Beynəlxalq Müəllimlər Günü 
münasibətilə Mingəçevir Özəl Türk Liseyində tədbir keçirilib. Tədbirdə 
Liseyin müdiri Həsən Həsənov çıxış edərək müəllimləri peşə bayramları 
münasibətilə təbrik edib. Sonra məktəbdə tətbiq olunan yeni təhsil 
texnologiyaları “Ağıllı löhvə” elektron təhsil sistemi və şagirdlərinin 
ötən tədris ilində təhsildə əldə etdiyi nailiyyətləri uğurları barədə 
məlumat verib. Liseydə bu yeniliklərin mütəmadi olaraq davam 
tdiriləcəyini bildirib. 
Sonra tədbirdə iştirak edən Mingəçevir 
Şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar Məsələlər 
Şöbəsinin müdiri Ramiz Əliyevə çıxış edib. R. Əliyev çıxışında 
Azərbaycan-Türkiyə Özəl Liseylərinin Mingəçevir Özəl Türk Liseyinin 
fəaliyyətindən və burada şagirdlər üçün hazırlanmış şəraitdən, onların 
nizam-intizamından məmnun olduğunu və bu liseyə yüksək rəğbətlə 
yanaşdığını bildirib. Öz övladınında bir vaxtlar bu liseyin məzunu 
olduğunu hal-hazırda Türkiyədə həkim işlədiyini xüsusilə qeyd edib. 
Ramiz Əliyev çıxışının sonunda liseyin kollektivini 5 Oktyabr Beynəlxalq
 Müəllimlər Günü münasibətilə təbrik edib və onlara təhsildə uğurlar 
diləyib. Daha sonra Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Nazir 
Sultanov çıxış edərək Mingəçevir Özəl Türk Liseyində tətbiq olunan yeni 
təhsil texnologiyalarından, şagirdlərinin əldə etdiyi nailiyyətlərindən,
 onların nizam-intizamından məmnun olduğunu bildirib. Liseyin yeni 
tədris ilində də yüksək uğurlara imza atacağına əmin olduğunu deyib və 
bundan sonrakı fəaliyyətlərində uğurlar arzulayıb. 
 Sonra liseyin müdiri Həsən Həsənov 
Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar 
Məsələlər Şöbəsinin müdiri Ramiz Əliyevə,  Mingəçevir Şəhər Təhsil 
Şöbəsinin müdiri Nazir Sultanova, Metot Mərkəz Kabinetinin direktoru 
Solmaz Cəfərova və Metodist Validə Əlizadəyə xatirə hədiyyələri təqdim 
edib.
Tədbirin sonunda qonaqlar liseyin sinif 
otaqları, laboratoriyaları, kitabxanası və yeni təhsil texnologiyaları 
ilə yaxından tanış olublar. Sonra tədbir qonaqlar üçün hazırlanmış 
ziyafətlə davam edib. 




